Niderland millisinin sabiq üzvü, “Feyenoord”un keçmiş baş məşqçisi Yaap Stamın yeni iş yeri müəyyənləşib.
Axin.az “De Telegraph”a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis ABŞ-da çalışacaq. O, MLS liqasında çıxış edən “Cincinnati” ilə anlaşıb. “Feyenoord”da köməkçisi olan Said Bakkatinin də Stamla birgə çalışacağı bildirilib.
Qeyd edək ki, Yaap Stam “Feyenoord”dan başqa, İngiltərənin “Ridinq” və Niderlandın “Zvolle” klublarını da çalışdırıb.