axin.az

SON DƏQİQƏ

Bakıda keçirilməli olan Avropa çempionatı ləğv olundu

21-05-2020, 16:05

Bakıda keçirilməli olan Avropa çempionatı ləğv olunduÜmumdünya Karate Federasiyası (WKF) Tokio-2020 Yay Olimpiya Oyunları üçün təsnifat sistemində dəyişiklik edib.

"axin.az"in qurumun rəsmi saytına istinadən məlumatına görə, olimpiadanın təxirə salınması səbəbindən karate yarışlarında təsnifat sisteminin yenilənməsi məqsədəuyğun sayılıb.

Bundan başqa 25 - 29 martda Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv olunub. Yarışda verilməli olan lisenziya xallarının 2021-ci ildə İsveçin Göteborq şəhərində təşkil olunacaq analoji turnirdə bölüşdürülməsinə qərar verilib.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA