axin.az

SON DƏQİQƏ

İngiltərə klubunda koronavirusa yoluxmuş futbolçunun adı məlum oldu

20-05-2020, 20:30

İngiltərə klubunda koronavirusa yoluxmuş futbolçunun adı məlum olduİngiltərənin "Uotford" klubunda koronavirusa yoluxmuş futbolçunun Edrian Mariappa olduğu üzə çıxıb.

Axin.az-in məlumatına görə, bu barədə "Telegraph" nəşrinə açıqlamasında yamaykalı müdafiəçinin özü deyib.

34 yaşlı oyunçu infeksiyanın ona kimdən keçdiyini bilmədiyini söyləyib: "Bu, mənim üçün böyük sürpriz oldu. Çünki bir neçə məşq və uşaqlarla vaxtaşırı gəzinti istisna olmaqla, evi tərk etməmişəm. Əsasən övladlarımın təhsili və fərdi hazırlıqla məşğul olmuşam".

Qeyd edək ki, mayın 18-də və 19-da İngiltərə Premyer Liqasının klublarında 748 nəfərdən götürülən analizlərdən sonra 3 komandada virusa ümumilikdə 6 yoluxma halı aşkarlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA