axin.az

SON DƏQİQƏ

Türkiyə klubları Super Liqanın bərpası ilə bağlı razılığa gəldi - RƏSMİ

20-05-2020, 19:34

Türkiyə klubları Super Liqanın bərpası ilə bağlı razılığa gəldi - RƏSMİKoronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Türkiyə Superliqasının iyunun 12-də bərpa olunacağı dəqiqləşib.

Axin.az-in "NTV Spor"a istinadən məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir klubların nümayəndələri ilə görüşdən sonra deyib.

TFF rəhbəri bildirib ki, elitada çıxış edən 18 komanda çempionatın sözügedən tarixdə yenidən başlaması üçün ortaq razılığa gəlib. O, yekun qərarın mayın 28-də veriləcəyini söyləyib.

Özdemirin sözlərinə görə, Super Liqa təmsilçilərindən 7-si cari mövsümdə heç bir komandanın aşağı dəstəyə düşməməsini və növbəti mövsümün 21 klubla keçirilməsini təklif edib.

Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA