axin.az

SON DƏQİQƏ

Kubokun bombardirləri

20-05-2020, 16:57

Kubokun bombardirləriAzərbaycan kubokunda 2005/06 mövsümündə debüt edən “Qəbələ” indiyədək keçirdiyi 66 matçda 112 qol vurub.

Axin.az klubun saytına istinadən xəbər verir ki, bunlardan ikisi rəqiblərin avtoqoludursa, digər toplara “qırmızı-qaralar”ın 56 oyunçusu imza atıb.

Komandanın kubokdakı ən məhsuldar futbolçusu Kənan Kərimovdur. Onun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Daha 5 oyunçu üçdən çox qola imza atıb. Onların hərəsi 4 dəfə rəqib qapısına yol tapıb. Hazırda “Qəbələ”nin formasını geyinənlər arasında rekordçu Klesio Baukdur. O, cəmi 2 matçda iştirak etsə də, 3 qolun müəllifidir.



Azərbaycan kubokunda 3 və daha çox qol vuranlar

1. Kənan Kərimov - 7

2. Filip Ozobiç - 6

3. Vüsal Qarayev - 5

4-8. Viktor Mendi - 4

İbrahim Hüseynov - 4

Daniel Subotiç - 4

Aleksey Qay - 4

Baqali Dabo – 4

9-15. Dodo - 3

Samir Zərgərov - 3

Stiven Monroz - 3

Ruslan Qurbanov - 3

Ermin Zets - 3

Davit Volkov - 3

Klesio Bauk - 3


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA