axin.az

SON DƏQİQƏ

“Barselona” türkiyəli futbolçu üçün rekord məbləğ ödəyəcək

20-05-2020, 10:00

“Barselona” türkiyəli futbolçu üçün rekord məbləğ ödəyəcəkTürkiyəli ulduz futbolçu Çağlar Söyüncü növbəti mövsüm “Barselona”nın forması geyinəcək.

İspaniyanın “Don Balon” nəşrinin iddiasına görə, o, Jerar Pikenin mövqeyində oynayacaq.

“Barsa”nın bu transfer üçün 55 milyon avro ödəyə biləcəyi qeyd olunur.

AS nəşrinə danışan futbolçunun meneceri Mustafa Doğru da iddiaları təsdiqləyib. O, “Barselona”nın Çağlar Söyüncü ilə hələ “Altınordu”da oynadığı dövrdən maraqlandığını vurğulayıb. İngiltərədə yalnız “Liverpul”un türkiyəli ulduzu ala biləcək maddi səviyyədə olduğunu bildirən menecer PSJ-nin də bu mövzuda sürpriz edə biləcəyini qeyd edib.

Sözügedən transfer baş tutacağı halda hazırda “Lester”də çıxış edən Çağlar Söyüncü dünyanın ən bahalı türkiyəli futbolçusu kimi tarixə düşəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA