axin.az

SON DƏQİQƏ

Polşa millisi baş məşqçisi ilə müqavilə müddətini uzatdı

18-05-2020, 19:00

Polşa millisi baş məşqçisi ilə müqavilə müddətini uzatdıPolşa Futbol İttifaqı millinin baş məşqçisi Yeji Bjençeklə müqavilənin müddətini uzadıb.

Axin.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2021-ci ilin sonunadək nəzərdə tutulub. 49 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində də komandaya rəhbərlik edəcək.

Polşa DÇ-2022-yə vəsiqə qazansa, Bjençekin müqaviləsi daha bir il uzanacaq. Bununla belə, polşalı baş məşqçinin sözləşməsinin 2021-ci ilin avqustunda ləğv olunma maddəsi də sənəddə əksini tapıb.

Qeyd edək ki, Yeji Bjençek Polşa yığmasında 2018-ci ilin iyulundan işləyir. Polşa 2021-ci ildə keçiriləcək AVRO-2020-də çıxış edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA