“Borussiya”nın Almaniya Bundesliqasının 26-cı turunda doğma meydanda “Şalke”ni məğlub etdiyi oyun Dortmund klubu üçün əlamətdar olub.
Axin.az xəbər verir ki, 4:0 hesabıyla bitən görüş, “Borussiya”lıların Bundesliqadakı 800-cü qələbəsi kimi tarixə keçib.
Qeyd edək ki, "Borussiya" bu qələbə ilə xalını 54-ə çatdırıb və 2-ci pillədə qərarlaşıb.