axin.az

SON DƏQİQƏ

Rusiya futbolunda koronavirusa ilk yoluxma baş verdi

17-05-2020, 09:39

Rusiya futbolunda koronavirusa ilk yoluxma baş verdiRusiya "Lokomotiv"inin futbolçusu Cefferson Farfan koronavirusa yoluxub.

"Axin.az"in məlumatına görə, bu barədə TASS-a Moskva təmsilçisinin direktorlar şurasının sədri Anatoli Meşeryakov açıqlama verib. O, perulu hücumçunun testinin müsbət nəticələndiyini və həkim məsləhətləri əsasında müalicə olunacağını bildirib.

Farfan Rusiya Premyer Liqasında koronavirusa yoluxan ilk futbolçudur. "Lokomotiv"də 2017-ci ildən çıxış edən 35 yaşlı oyunçu Rusiya çempionluğu və iki dəfə ölkə kubokunu qazanıb. Pandemiya başladıqdan sonra o, heç yerə getməyib.

Qeyd edək ki, ötən gün Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA