axin.az

SON DƏQİQƏ

"Brügge" çempion elan olundu - Rəsmi

16-05-2020, 10:30

"Brügge" çempion elan olundu - RəsmiBelçika Liqasında 2019/2020 mövsümü koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb və "Brügge" çempion elan olunub.

Axin.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Brügge"nin növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyi vurğulanıb. Bildirilib ki, klubların ən azı 84 faizi çempionatın vaxtından əvvəl dayandırılmasına səs veriblər.

Liqa sonuncusu "Vasland-Beveren" isə aşağı liqaya göndərilib.

Xatırladaq ki, "Brügge" 15 xallıq fərqlə lider idi.

Qeyd edək ki, bundan əvvəl Fransa və Niderlandda bu mövsüm erkən başa çatdırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA