axin.az

SON DƏQİQƏ

Azərbaycanlı futbolçunun komandası Premyer Liqaya yüksəldi

15-05-2020, 18:58

Azərbaycanlı futbolçunun komandası Premyer Liqaya yüksəldi
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Rusiya Milli Futbol Liqasında (FNL) 2019/2020 mövsümü ləğv olunub.

"Axin.az"in yerli mətbuata istinadən məlumatına görə, qərar Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

27 turdan sonra turnir cədvəlində 1-2-ci yerləri bölüşdürən "Rotor" və "Ximki" klubları Premyer Liqaya yüksəliblər.

Qeyd edək ki, "Simurq"un sabiq baş məşqçisi Sergey Yuranın rəhbərlik etdiyi "Ximki"də azərbaycanlı futbolçu Kamran Əliyev də çıxış edir. 22 yaşlı hücumçu 2018-ci ildə Azərbaycanın U-20 millisinə dəvət alıb və Makedoniya yığması ilə "Dalğa Arena"dakı yoldaşlıq oyununda (1:1) qol vurub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA