axin.az

SON DƏQİQƏ

Lionel Messi: "Koronavirus barədə çox düşünmək lazım deyil"

15-05-2020, 16:03

Lionel Messi: "Koronavirus barədə çox düşünmək lazım deyil""Yoluxma riski hər yerdə var. Artıq evi tərk edən kimi onunla qarşılaşırsan. Bu səbəbdən, koronavirus barədə çox düşünmək lazım deyil. Özünü heç yerə getməməyə məcbur etmək mümkün deyil".

"Axin.az"in məlumatına görə, bu fikirləri İspaniya "Barselona"sının futbolçusu Lionel Messi "Sport.es" nəşrinə açıqlamasında deyib.

33 yaşlı hücumçu qaydalara əməl etməyin və maksimum ehtiyat tədbirlər görməyin gərəkliyini anladıqlarını bildirib. Argentinalı forvard yarışların bərpa olunmasını gözlədiyini söyləyib: "Şəxsən mən yarışların bərpasını səbirsizliklə gözləyirəm. Hər şeyin qəribə alınacağını bilirik. Çünki tribunlarda azarkeşlər olmayacaq. Bizi ailələlərimizdən ayırmalarını istəmirik. Ancaq bunun necə görünəcəyinə baxmaq lazımdır".

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA