İspaniyanın “Atletiko” (Madrid) klubunun koronavirusa yoluxan futbolçusu Renan Lodi sağalıb.
“EFE” agentliyi xəbər verir ki, 22 yaşlı müdafiəçinin növbəti koronavirus testinin nəticələri mənfi çıxıb.
Qeyd olunur ki, müalicə müddətində futbolçu özünü yaxşı hiss edib, xəstəlik asimptomatik keçib.
Futbolçu may ayının 15-dən komandasının məşqlərinə qoşulacaq.