axin.az

SON DƏQİQƏ

Azərbaycan çempionatındakı bütün legionerlər ölkəni tərk etdi

12-05-2020, 20:15

Azərbaycan çempionatındakı bütün legionerlər ölkəni tərk etdiHəndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatındakı klubların legionerləri koronavirus pandemiyası ilə əlaqədar ölkələrinə qayıdıblar.

Bu barədə "Axin.az"a federasiyanın İdman şöbəsinin müdiri İsgəndər Əsgərov məlumat verib.

O bildirib ki, Bakını son olaraq ukraynalı oyunçular tərk ediblər: "Rusiyalı həndbolçular daha əvvəl getmişdilər. Aprelin 11-də isə ukraynalı legionerlər çarter reysi ilə ölkələrinə yola salınıblar".

Federasiya rəsmisi pandemiyaya görə yarımçıq dayandırılan yarışların aqibəti barədə də danışıb: "Yaxın günlərdə onlayn iclasımız olacaq və orada yekun qərar açıqlanacaq. Böyük ehtimalla, həm kişilər, həmn də qadınlar arasında çempionatda cari mövsüm ləğv olunacaq. Çünki artıq legionerlərin hamısı ölkələrinə yollanıb".

Qeyd edək ki, yarış erkən yekunlaşsa, "Azəryol" qadınlar, "Məhsul" isə kişilər arasında ölkə çempionu elan olunacaq. Qadınların mübarizəsinin sonuna 3 tur qalmış "Azəryol" ən yaxın izləyicisi "Qarabağ"ı 6 xal qabaqlayır. "Azərsu" üçüncü, "İdman Akademiyası" dördüncü yerdədir. Kişilərin yarışında isə lider "Məhsul" sona 4 tur qalmış ən yaxın izləyicisi "Bakı"dan 4 xal öndədir. Bu iki komanda arasındakı ilk 3 dövrənin oyunlarında da "Məhsul" qalib gəlib. "Təhsil" üçüncü, U-18 dördüncüdür.

Qeyd edək ki, daha əvvəl basketbol üzrə Azərbaycan Super Liqası dayandırılıb, "Zirə Astara" çempion elan olunub. Həmçinin voleybol üzrə qadınlar və kişilər arasında çempionat ləğv olunub, komandalar mükafatsız qalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA