axin.az

SON DƏQİQƏ

UWW prezidenti Azərbaycana tövsiyələrini verdi

12-05-2020, 17:58

UWW prezidenti Azərbaycana tövsiyələrini verdiKoronavirusun bütün dünyada yayılması ciddi fəsadlara yol açıb. COVID-19 virusunun daha çox insana yoluxmaması üçün bütün kütləvi tədbirlər, o cümlədən idman yarışları təxirə salınıb. Bəzi turnirlər isə ləğv edilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan etdikdən sonra Dünya Güləş Birliyi (UWW) də problemə həssas yanaşaraq, bütün yarışları iyulun 1-dək təxirə salıb. Bunların arasında lisenziya turnirləri, eləcə də yeniyetmə və gənclər arasında Avropa çempionatları var.

Axin.az xəbər verir ki, UWW-nin prezidenti Nenad Laloviç yerli federasiyalar və qurumun İcraiyyə Komitəsinin üzvləri ilə veb-konfrans təşkil edərək, koronavirusun güləşə təsiri və növbəti addımlarla bağlı müzakirələr aparıb.

Bu müzakirələrdə UWW-nin büro üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev də iştirak edib. Vebinarda qeyd olunub ki, pandemiya ilə əlaqədar olaraq, Tokio Olimpiadası da daxil olmaqla, bütün yarışlar təxirə salınıb, idmançıların məşqləri dayandırılıb. Büdcə və investisiyalar, ofis fəaliyyətinin dayandırılması, işlərin 50 faiz məhdudlaşdırılması və s. ilə bağlı qərarlar qəbul olunub. Onlayn təhsil proqramları isə iyunda hazır olacaq.

UWW yerli federasiyaları yeniliklərlə bağlı ölkələrini məlumatlandırmağa çağırıb. Beynəlxalq yarışlardan əvvəl regional turnirlərin məhdud sayda ölkələrin iştirakı ilə keçirilməsi tapşırığı da verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA