axin.az

SON DƏQİQƏ

“Yuventus”un futbolçusundan şok etiraz

12-05-2020, 19:45

“Yuventus”un futbolçusundan şok etiraz“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo İtaliyaya qayıtmaqdan imtina edir.

Axin.az-ın xəbərinə görə, “L’Equipe” nəşri yazıb ki, futbolçu maaşlarının azaldılmasına etiraz olaraq bu addımı atıb.

Qeyd edək ki, Turin klubu koronavirus pandemiyasının yaratdığı ağır iqtisadi çətinlik səbəbindən futbolçuların maaşında ixtisar edib.

Hazırda komanda məşqlərini bərpa etsə də, 25 yaşlı oyunçu vətəni Fransadadır və uzun müddət orada qalmaq fikrindədir. Məlumata görə, Rabyo geri qayıtmaqla bağlı “Yuventus”un zənginə cavab verməyib. Sonra isə o, Turinə getməyəcəyini bildirib.

“Yuventus” isə futbolçunun bu addımını qeyri-peşəkarlıq kimi qiymətləndirir. Onlar hesab edir ki, Rabyo əslində onun İngiltərə Premyer Liqada oynamasını istəyən anası və agentinin sözlərinə uyaraq geri qayıtmır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA