axin.az

SON DƏQİQƏ

Britaniyadakı "Formula 1" yarışı ləğv oluna bilər

11-05-2020, 21:55

Britaniyadakı "Formula 1" yarışı ləğv oluna bilər"Formula 1" üzrə Britaniya Qran-prisi ləğv oluna bilər.

"Axin.az" BBC-yə istinadən xəbər verir ki, bu, ölkəyə gələn şəxslərin məcburi karantinə alınması səbəbindən reallaşa bilər.

Böyük Britaniyanın baş naziri Boris Conson ölkəyə təyyarə ilə gələn bütün şəxslərin 14 günlük məcburi karantinə cəlb olunacaqlarını açıqlayıb.

Qərarın iyunun əvvəlində qüvvəyə minəcəyi iddia olunur.

Cari mövsüm "Formula 1"i başlamaq üçün təklif olunan plana əsasən 5 - 8 iyulda Avstriya, 19 - 23 iyulda isə Britaniya Qran-prisi keçirilməlidir. Lakin komandalar iki həftəlik məcburi karantinə məruz qalsalar, Avstriyadakı Qran-pridən sonra Britaniyadakı yarışa hazırlaşa bilməyəcəklər.

Yarış rəhbərliyi hökumət ilə "Formula 1" iştirakçıları üçün tədbirlərin yüngülləşdirilməsi imkanlarını müzakirə edir.

Qeyd edək ki, "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA