axin.az

SON DƏQİQƏ

İtaliya futbolunun taleyi gələn həftə müəyyənləşəcək

9-05-2020, 22:00

İtaliya futbolunun taleyi gələn həftə müəyyənləşəcəkİtaliya A Seriyasının rəhbərliyi gələn həftə təcili iclas keçirəcək.

"Axin.az"in "Football Italia" nəşrinə istinadən məlumatına görə, mayın 13-də təşkil olunacaq toplantıya klubların nümayəndələri də qatılacaq.

İclasda koronavirus pandemiyasına görə dayandırılan 2019/2020 mövsümünün bərpası, həmçinin televiziya hüquqlarının yayımçılara verilməsinin nüansları müzakirə olunacaq.

Sonuncu toplantıda mövsümün sonadək keçirilməsi və klubların mayın 18-dən məşqlərə başlaması qərara alınıb.

Qeyd edək ki, A Seriyasının oyunları martın 11-də qeyri-müəyyən müddətək təxirə salınıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA