Rusiyanın "Soçi" klubunun futbolçusu Adil Rami komanda yoldaşlarının adlarını bilmir.
"Axin.az"in məlumatına görə, bu barədə fransalı qapıçının özü "FootRadio"ya açıqlamasında bildirib.
35 yaşlı oyunçu deyib ki, adları yadda saxlamaq çox çətindir: "Cəmi 1-2 nəfərin adını bilirəm. Əminəm ki, 5-6 oyunçu Aleksandr adını daşıyır. Komanda yoldaşlarımı "ey, bro" deyə çağırıram".
Qeyd edək ki, qışda "Fənərbağça"dan "Soçi"yə keçən Adil Rami 2018-ci ildə Fransa millisinin heyətində Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.