axin.az

SON DƏQİQƏ

Azərbaycan Qran-prisinin qalibi velosipedlə sərhədədək irəlilədi

9-05-2020, 11:15

Azərbaycan Qran-prisinin qalibi velosipedlə sərhədədək irəlilədi"Formula 1"də çıxış edən "Mercedes" komandasının pilotu Valtteri Bottas velosipedlə Rusiya sərhədinədək irəliləyib. "Axiin.az"in məlumatına görə, finlandiyalı sürücü bununla bağlı paylaşım edib.

31 yaşlı idmançı vətənindəki Nastola yaşayış məntəqəsindən sərhədədək "Tiffany Cromwell" ilə gözəl səfər həyata keçirdiyini bildirib. O, 203 km məsafə qət etdiyini vurğulayıb.

Qeyd edək ki, Valtteri Bottas 2019-cu il Azərbaycan Qran-prisinin qalibi olub. Ötənilki dünya çempionatında o, yekun sıralamada ikinci yerin sahibi olub, "Mercedes" isə Konstruktorlar Kubokunu qazanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA