axin.az

SON DƏQİQƏ

Millətlər Kuboku: Teymur Rəcəbov növbəti dəfə məğlub oldu

8-05-2020, 22:30

Millətlər Kuboku: Teymur Rəcəbov növbəti dəfə məğlub olduBu gün şahmat üzrə onlayn Millətlər Kubokunda VII tura start verilib.

"Axin.az"in məlumatına görə, Teymur Rəcəbovun yer aldığı dünya yığması günün ilk qarşılaşmasında Hindistan komandası ilə üz-üzə gəlib. Qarşılaşma dünya yığmasının məğlubiyyəti ilə yekunlaşıb.

Azərbaycanlı qrossmeyster artıq öz görüşünü başa vurub. O, Hindistan komandasının lideri Vişvanatan Anandla qarşılaşıb. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibinə uduzub - 0:1.

Rəcəbov turnirdə daha əvvəl keçirdiyi 6 görüşdə 4 heç-heçə edib, 2 dəfə isə məğlub olub.

Hindistan - Dünya yığması

Vişvanatan Anand - Teymur Rəcəbov - 1:0

Santoş Vidit - Alireza Firuzca

Pentala Harikrişna - Xorxe Kori - 1:0

Harika Dronavali - Mariya Muzıçuk - 0,5:0,5

Qeyd edək ki, dünya yığması günün ikinci qarşılaşmasında ABŞ kollektivi ilə üz-üzə gələcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA