axin.az

SON DƏQİQƏ

Teymur Rəcəbovun komandası Millətlər Kubokunda neçəncidir?

8-05-2020, 12:54

Teymur Rəcəbovun komandası Millətlər Kubokunda neçəncidir?Teymur Rəcəbovun daxil olduğu “Dünyanın Qalan Hissəsi” komandası Onlayn Millətlər Kubokunda bu gün növbəti iki turun oyununa çıxacaq.

Axin.az xəbər verir ki, T.Rəcəbovun komandası VII turda Hindistan, VIII turda isə ABŞ millisi ilə qarşılaşacaq.

Şahmatçımıza bu gün istirahət verilməsə, ilk lövhədə müvafiq olaraq keçmiş dünya çempionu Vişvanatan Anand və Hikaru Nakamuraya qarşı oynayacaq.

Teymurun komandası dünən üzləşdiyi iki məğlubiyyətlə sonuncu sıraya düşüb. Dünya komandası hazırda Hindistanla birgə iki xala malikdir. Lakin tay-breyklərdə hindlilər öndədir. Bu gün sonuncu pillədən qurtulmaq üçün Hindistan yığmasını məğlub etmək lazımdır.


Qeyd edək ki, Dünya yığması dünən Avropa komandasına 1,5:2,5, Çin millisinə isə 0,5:3,5 hesabı ilə uduzub. Teymur Rəcəbov Harri Kasparovun kapitanı olduğu Avropa yığmasında İddiaçılar Turnirinə onun əvəzinə getmiş fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Lider Çin yığması ilə görüşdə isə şahmatçımız Dinq Lirenə uduzub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA