axin.az

SON DƏQİQƏ

"Liverpul"un çempion olmaması insafsızlıq olar"

4-05-2020, 17:10

"Liverpul"un çempion olmaması insafsızlıq olar"“Hamı çempionatın tamamlanmasını və nəticələrin meydanda bəlli olmasını istəyir. Hər şeyin belə sona yetməsi çox pis olar”.

Axin.az xəbər verir ki, bu sözləri “Tottenhem”in kapitanı Huqo Loris koronavirus pandemiyasına görə Premyer Liqada mövsümün ləğvi ehtimalından danışarkən deyib.

Fransalı qapıçı “L'Equipe” nəşrinə açıqlamasında belə bir qərar veriləcəyi təqdirdə ən çox “Liverpul”a haqsızlıq olacağını bildirib: “Nəticələrin ləğv edilməsi xüsusilə çempionluğa çox yaxın olan “Liverpul”a qarşı insafsızlıq olar. Mövsümün ən həyəcanlı dönəminə girmək üzrəydik. Heç kim Premyer Liqanın belə bitməsini istəmir”.

Qeyd edək ki, Premyer Liqa 29-cu turda dayandırılıb. Turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" (57) 2-ci, "Lester" (53) 3-cü, "Çelsi" (48) 4-cü, "Mançester Yunayted" (45) 5-cidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA