axin.az

SON DƏQİQƏ

Konte Poqbanın alınmasını istəyir

4-05-2020, 14:46

Konte Poqbanın alınmasını istəyir“İnter” “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı transfer edə bilər.

Axin.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, baş məşqçisi Antonio Konte komandasının orta xəttindən narazıdır. Onu qışda “Tottenhem”dən transfer edilən Kristian Eriksenin oyunu qane etmədiyi bildirilib.

Bu səbəbdən italiyalı mütəxəssis Poqbanın alınması üçün klub rəhbərliyinə müraciət edib. Bildirilib ki, Milan təmsilçisi fransalı yarımmüdafiəçinin təzminat qiymətinin yüksək olduğu üçün (80 milyon avro) onun sözləşməsinin sona çatmasını gözləyir. 27 yaşlı futbolçunun müqaviləsi gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Poqba ilə “Real”, PSJ və onun sabiq klubu “Yuventus” da maraqlanır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA