axin.az

SON DƏQİQƏ

Azərbaycan Qran-prisi üçün ən ideal variant açıqlandı

3-05-2020, 18:00

Azərbaycan Qran-prisi üçün ən ideal variant açıqlandı"Biz Azərbaycan hökuməti, "Formula 1" şirkəti və səhmdarlarla sıx təmasdayıq. Yarışımızın ilin sonlarında baş tutmasını istəyirik. Amma aydın məsələdir ki, istəyimiz koronavirus pandemiyası ilə bağlı vəziyyət aydınlaşmayanadək gerçəkləşməyəcək".

"Axin.az"in məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "MotorsportWeek.com"a müsahibəsində deyib. Azərbaycan Qran-prisinin promouteri bildirib ki, Bakı mərhələsinin oktyabrın ortalarından sonraya təxirə salınmaması ilə bağlı "Formula 1" rəhbərliyi ilə razılıq əldə olunub.

O, azarkeşlərin qayğısına qalaraq, onların təcrübələrini dəyərləndirdiklərini vurğulayıb: "Bu səbəbdən, istəyirik ki, tamaşaçılar Bakıdakı yarış həftəsonunun gözəl ab-havasından zövq ala bilsinlər".

Arif Rəhimov
Rəhimov fikirlərini infrastrukturun böyük hissəsinin yayda qurulması ilə əlaqələndirib. Küçələrdəki hərəkətin çətinlikləri artırdığını xatırladan icraçı direktor məktəblərin açılacağı 15 sentyabradək Qran-prinin təşkilini ideal variant adlandırıb.

Hazırda Avstriya və Böyük Britaniyada hərəyə iki mərhələnin keçirilmə variantı da planlaşdırılır. Lakin Azərbaycan Qran-prisinin promouteri Bakıda belə üsulun tətbiqinə müsbət yanaşmayıb: "Bu, sakinlərimizə böyük narahatlıq gətirəcək. Çünki tras düz şəhərin mərkəzindədir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA