axin.az

SON DƏQİQƏ

“Barselona”nı tərk edib, “Real”a keçməsindən danışdı

3-05-2020, 21:59

“Barselona”nı tərk edib, “Real”a keçməsindən danışdıPortuqaliya millisinin sabiq yarımmüdafiəçisi Luiş Fiqu İnstaqramdakı canlı yayımda “Barselona”dan “Real”a keçməsinin səbəbindən danışıb.

Axin.az xəbər verir ki, o, bu qərarın çətin olduğunu söyləyib: “Bu, çətin, amma möhkəm iradə tələb edən qərar idi. Çünki mənə çox şey vermiş bir şəhəri tərk etməli olurdum. Barselonadaözümü yaxşı hiss edirdim. Amma bu, yalnız şəhərə aid idi. Klubda isə işimin lazımınca qiymətləndirilmədiyini hiss edirdim. Asan deyildi. Ona görə də “Real”dan təklif gələndə qəbul etdim”.

Xatırladaq ki, Luiş Fiqu 1995-2000-ci illərdə “Barselona”, 2000-2005-ci illərdə isə bu komandanın əzəli rəqibi “Real”da oynayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA