axin.az

SON DƏQİQƏ

Maqnus Karlsenin təşkil etdiyi onlayn yarışda finalçılar bilindi

3-05-2020, 09:08

Maqnus Karlsenin təşkil etdiyi onlayn yarışda finalçılar bilindiŞahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi internet-turnirinin ikinci finalçısı bəlli olub.

"Axin.az"in məlumatına görə, Karlsen yarımfinalda çinli Dinq Lireni məğlub etməklə finala yüksəlib.

Qrossmeysterlər arasındakı ilk oyun heç-heçə yekunlaşıb. İkinci görüşdə Dinq Liren rəqibindən üstün olub.

3 və 4-cü qarşılaşmalarda qələbə qazanan Karlsen finala vəsiqə qazanıb. O, həlledici dueldə ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.

250 000 dollar mükafat fonduna malik yarışın qalibi 70 000 dollar qazanacaq.

Qeyd edək ki, bu turnirə Azərbaycan şahmatçıları dəvət olunmayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA