axin.az

SON DƏQİQƏ

Transfer bazarında yeni mərhələ

2-05-2020, 16:58

Transfer bazarında yeni mərhələ“Barselona”nın vitse-prezidenti Jordi Kardoner koronavirus pandemiyasının transferi bazarına təsirləri barədə danışıb.

Axin.az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, bundan sonra futbolçuların alınmasında çox, dəyişdirilməsi transfer siyasətinin əsas hissəsi olacaq: “Avropa klubları növbəti mövsümdən məhz belə addım atacaqlar. Mümkündür ki, bir çox klub çoxtərəfli razılığa getsin. Niyə də yox? Artıq kreativ qərarlar verməyin vaxtı yetişib”.

Onun sözlərinə görə, “Barselona” da futbolçuları almağa yox, dəyişdirməyə hazırlaşır. Çünki mövsümün dayanması səbəbindən klub artıq 120-140 milyon avro itirib.

Qeyd edək ki, hazırda Avropa klubları indi ikitərəfli deyil, üçtərəfli formada da futbolçuları dəyişmək variantı üzərində çalışırlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA