Bundesliqa təmsilçisi "Köln"də futbolçular, məşqçilər və klubun əməkdaşları koronavirus testindən keçiblər.
Axin.az klubun saytına istinadən xəbər verir ki, testin nəticəsinə əsasən, üç nəfərdə koronavirus aşkarlanıb. Həmin şəxslərdə simptomların olmadığı və 2 həftə karantində olacağı vurğulanıb.
Koronavirusa yoluxanların futbolçu və ya klubun əməkdaşı olduğu dəqiqləşməyib.
Komandanın ehtiyat tədbirlərinə riayət edərək məşqlərə davam edəcəyi vurğulanıb.