axin.az

SON DƏQİQƏ

9 gün sonra qovulduğu üçün 3 milyon avro alacaq

30-04-2020, 16:42

9 gün sonra qovulduğu üçün 3 milyon avro alacaq"Bolonya"nın baş məşqçisi Sinişa Mixayloviç "Sportinq"dən qovulduğu üçün 3 milyon avro təzminat alacaq.

Axin.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb. Bildirilib ki, ötən ilin iyulunun 18-i Portuqaliya klubuna baş məşqçi təyin olunan mütəxəssislə 9 gün sonra 3 illik müqaviləyə xitam verilib.

İdman Arbitraj Məhkəməsi (CAS) Lissabon təmsilçinin 50 yaşlı mütəxəssisə 3 milyon avro ödəməli olduğuna dair qərar çıxarıb.

Qeyd edək ki, S.Mixayloviç CAS-a müraicət edərək 11.2 milyon avro təzminat istəmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA