axin.az

SON DƏQİQƏ

"Bu, İtaliya futbolunun ölüm fərmanı olacaq"

30-04-2020, 17:53

"Bu, İtaliya futbolunun ölüm fərmanı olacaq"İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina koronavirus səbəbindən təxirə salınan mövsüm haqda danışıb.

Axin.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, mövsümü ləğv etmək barədə heç vaxt qərar verməyəcəyini deyib:

"Mən prezident olduğum müddətdə heç vaxt mövsümün ləğvi ilə bağlı qərar verməyəcəyəm, çünki bu, İtaliya futbolunun ölüm fərmanı olar. Hər kəsin maraqlarını qorumağa çalışıram. Mövsüm ləğv olunsa, futboldan itki 700-800 milyon avroya çatacaq. Azarkeşsiz keçiriləcək matçlarda zərər 300 milyon avro olacaq. Azarkeşlərlə başlasaq isə 100-150 milyon avro itirəcəyik . Əlbəttə ki, sonuncu seçim mümkün deyil".

Qeyd edək ki, Niderland və Fransada bu mövsüm ləğv olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA