"Sabah"dan ayrılan Marko Deviç karyerasını bitirməklə bağlı verdiyi qərarı şərh edib.
Axin.az xəbər verir ki, o, bununla bağlı "İnstaqram" hesabında yazıb: "Ən sevdiyim işi görmək şansım olduğu üçün xoşbəxtəm və qürur duyuram. Ailəmə, valideynlərimə və bütün dostlarıma bu müddət ərzində mənə olan sevgi və dəstəklərinə görə təşəkkür edirəm.
Mən rəhbərlərə, məşqçilərə, komanda yoldaşlarıma və Ukrayna millisinə və mənlə əməkdaşlıq edən hər kəsə təşşəkürümü bilmək istəyirəm. Hər son yeni bir başlanğıcdır".
Qeyd edək ki, Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib. Ötən yay Serbiyanın "Voydovats" klubuna keçən M.Deviç cari mövsümün qış fasiləsində yenidən Premyer Liqa təmsilçisinə transfer olunub. Koronavirus pandemiyası səbəbindən razılaşmaya əsasən, Deviçin "Sabah"la müqavilə müddəti artıq bitib.