axin.az

SON DƏQİQƏ

FİFA-dan yeni təklif - Beş oyunçu dəyişikliyi

28-04-2020, 12:00

FİFA-dan yeni təklif - Beş oyunçu dəyişikliyiFİFA koronavirus pandemiyasına görə dayandırılmış mövsümün bərpasından sonra matçlarda 5 oyunçu dəyişikliyinə icazə verməyə hazırdır.

Axin.az "Sky Sports"a istinadən xəbər verir ki, bu, turnirlər ən qısa müddətdə keçiriləcəyi təqdirdə, futbolçulara əlavə yükləmə və zədədən qaçmağa kömək edəcək.

Bildirilib ki, lazımsız fasilələrin artmaması üçün komandalara oyunun gedişində yalnız 3 dəfə dəyişiklik təklif olunacaq. Fasilədə də əvəzetməyə icazə veriləcək.

Qeyd olunub ki, FİFA-nın təklifi futbol oyun qaydalarının tənzimlənməsinə cavabdeh olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən təsdiqlənməlidir.

Əgər qaydalarda dəyişiklik edilsə, o zaman bu mövsüm və növbəti mövsüm keçiriləcək bütün beynəlxalq oyunlar və Avro-2020-də 5 futbolçu dəyişikliyi mümkün olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA