“Milan” qapıçısı Asmir Beqoviçə yeni müqavilə təklif edəcək.
Axin.az Bosniya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Məlumata görə, İtaliya təmsilçisi 32 yaşlı qapıçı ilə yolları ayırmaq fikrində deyil və onun yayda başa çatacaq icarə müqaviləsini daha bir il müddətinə uzatmaq istəyir.
Qeyd edək ki, İngiltərənin “Bornmut” klubu ilə 2021-ci iin yayına qədər müqaviləsi olan Beqoviç mövsümün əvvəlini “Qarabağ”da keçirib. Qış transfer pəncərəsində isə o, ikinci qapıçı kimi “Milan”a cəlb olunub.