"Bayer" yeni mövsüm üçün ilk transferini edib.
Axin.az klubun saytına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi üçüncü Bundesliqada çıxış edən "Kayzerslautern"in qapıçısı Lennart Qrill ilə 4 illik müqavilə imzalayıb. Onun bu mövsüm başa çatdıqdan sonra komandaya qoşulacağı bildirilib.
Qeyd edək ki, L.Qrill bu mövsüm bütün liqa matçlarında oynayıb. 21 yaşlı qolkiper Almaniyanın U-21 millisinin də şərəfini qoruyur.