axin.az

SON DƏQİQƏ

FİFA-da yeni rüşvət qalmaqalı - DÇ-2018 və DÇ-2020...

7-04-2020, 15:57

FİFA-da yeni rüşvət qalmaqalı - DÇ-2018 və DÇ-2020...ABŞ-ın Ədliyyə Nazirliyi DÇ-2018 və DÇ-2022 ilə bağlı yeni rüşvət iddianaməsi yayımlayıb.

Axin.az nazirliyin saytına istinadən xəbər verir ki, iddianamədə FİFA rəsmilərinin Rusiya ilə Qətərin müvafiq olaraq 2018 və 2022-ci il dünya çempionatını keçirməsinə səs vermək üçün rüşvət aldıqları bildirilib.

2010-ci ildə FiFA-nın vitse-prezidenti və KONKAKAF prezidenti olan Cek Uornerin Rusiyaya səs vermək üçün 5 milyon dollar rüşvət aldığı vurğulanıb. Qurumun sabiq İcraiyyə Komitəsinin üzvlərindən olan Rafael Salqeroya isə bunun qarşılığında 1 milyon dollar söz verilib.

Bundan başqa, Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra və FİFA-nın keçmiş vitse-prezidenti, Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Nikolas Leozın Qətərin lehinə səs vermək üçün rüşvət aldığı bildirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA