“Yuventus” Blez Matyudi ilə müqavilənin müddətini uzadıb.
Axin.az goal.com-a istinadən xəbər verir ki, fransalı futbolçu ilə yeni müqavilənin müddəti 2021-ci ilin yayına qədərdir.
Maraqlıdır ki, tərəflər müqaviləni 14 fevralda imzalasa da, bu haqda ictimaiyyətə məlumat verməyiblər. Bu əməkdaşlıq faktı “Yuventus”un maliyyə hesabatı zamanı üzə çıxıb.
Əlavə edək ki, martın 17-də Matyudinin koronavirusa yoluxduğu üzə çıxıb.