axin.az

SON DƏQİQƏ

İspaniyadakı futbolçular maaşlarının azaldılmasını istəmədilər

29-03-2020, 14:38

İspaniyadakı futbolçular maaşlarının azaldılmasını istəmədilərİspaniya La Liqası və Sequndada çıxış edən komandaların kapitanları koronavirus pandemiyası səbəbindən futbolçuların maaşlarının azaldılması fikri ilə razılaşmayıblar.

“Axin.az” “Sport.es” saytına istinadən xəbər verir ki, İspaniya Futbolçular Birliyinin prezidenti David Aqanso komandaların kapitanları ilə söhbət edib. Oyunçular maaşlarının azaldılmasına qarşı çıxıblar.

İspaniya qanunlarına görə, fors-major hallarda hansısa müəssisə gəlir əldə bilmədiyi təqdirdə, maaşlar 70 faiz azaldıla bilər.

Qeyd edə ki, daha öncə “Barselona”, “Espanyol” və “Alaves”in məvacibləri azaltdığı bildirilib. “Barselona”nın oyunçuları bu qərarla razılaşmayıblar. İspaniyanın digər nəhəng klubu “Real Madrid” isə oyunçularının maaşlarını azaltmağı planlaşdırmır.

Sequndada çıxış edən "Albasete" komandasının heyətində Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov da yer alıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA