axin.az

SON DƏQİQƏ

"Yuventus"un eks-prezidenti Ronaldonu tənqid etdi

26-03-2020, 14:21

"Yuventus"un eks-prezidenti Ronaldonu tənqid etdi"Yuventus"un sabiq prezidenti Covanni Kobolli koronavirus pandemiyasına görə İtaliyanı tərk edən futbolçuları tənqid edib.

Axin.az xəbər verir ki, o, "Radio Punto Nuovo"nun efirində daha çox "Yuventus"un oyunçuları haqda sərt fikirlər səsləndirib:

"İndiki vaxtda tənqid etmək asandır. Ancaq oyunçuların İtaliyadan niyə ayrıldığını başa düşmürəm. Ümid edirəm ki, ən qısa müddətdə geri qayıdacaqlar. Onlara çalışmağa davam etmək çətin olacaq, çünki yenə də 14 gün karantində qalmalı olacaqlar".

C.Kobolli bildirib ki, Ronaldo Turin klubundan ayrılandan sonra işlər daha da çətinləşib: "Anasının yanına getdiyini söylədi və indi hovuzun yanında günəşləndiyini göstərən şəkillər paylaşır. Ronaldo üçün güzəşt edildi. Daha sonra İquain də anasının yanına getdi. Başqaları da klubdan ayrıldı və vəziyyət pisləşdi. Hamısı “İnter”in futbolçuları kimi “Yuventus”da qalmalı idi. Klubda nizam-intizamı qoruyan Canni Aqnelli, Umberto Aqnelli və Bonipertin rəhbərlik etdikləri dönəmlər üçün darıxıram. Uzun saçlı oyunçuların saçlarını necə kəsdiklərini xatırlayıram”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA