axin.az

SON DƏQİQƏ

Səkkiz ingilis klubu "Siti"nin avrokuboklara buraxılmasını istəmir

25-03-2020, 14:53

Səkkiz ingilis klubu "Siti"nin avrokuboklara buraxılmasını istəmirİngiltərə Premyer Liqasının 8 klubu UEFA tərəfindən cəzalandırılan “Mançester Siti”nin növbəti mövsüm Çempionlar Liqasında iştirak etməsini istəmir.

Axin.az “Daily Mail”ə istinadən xəbər verir ki, klublar “şəhərlilər”in ÇL-in püşkatmasına qatılmaması üçün bir hüquq şirkəti vasitəsilə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ediblər. Bu 8 klub arasında “Liverpul”, “Çelsi”, “Mançester Yunayted” və “Arsenal”ın da olduğu bildirilir.

UEFA 2012-16-cı illərdə maliyyə feyr-pley qaydasını pozduğu üçün “Mançester Siti”ni qarşıdakı 2 mövsümdə avrokuboklara buraxmamaq haqda qərar verib. Klub isə cəzanın ləğvi üçün CAS-a müraciət edib. Sözügedən 8 klub isə cəzanın ləğvinin qəti əleyhinədir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA