“Fiorentina” bu gün daha üç üzvünün koronavirusa yaxalandığını bildirib.
Axin.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Testi müsbət nəticə verənlər futbolçular Patrik Kutrone, German Pesselya və fizioterapevti Stefano Danielledir.
Qeyd edək ki, dünən futbolçulardan Duşan Vlahoviçin də koronavirusa yoluxduğu açıqlanmışdı.
Onların hər birinin ev şəraitində karantinə alındığı qeyd olunub.