Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi ölkəsində 14 gün müddətinə karantinə alınacaq.
Axin.az "TycSports"a istinadən xəbər verir ki, buna səbəb . Argentina hakimiyyətinin koronavirusa görə xaricdən gələn istənilən idmançının karantində saxlanılması barədə verdiyi qərardır. Bildirilib ki, kimliyindən asılı olmayaraq, bütün futbolçular 14 gün müddətinə karantinə alınacaq.
Qeyd edək ki, Messi DÇ-2022-nin seçmə mərhələsində Ekvador və Boliviya ilə oyunlar üçün milliyə çağırılıb.