Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start veriləcək.
"Yeni Sabah" xəbər verir ki, "Lion" (Fransa) doğma meydanında "Yuventus"u (İtaliya) qəbul edəcək. Növbəti ildən avrokuboklardan kənarlaşdırılan "Mançester Siti" (İngiltərə) isə "Real"ın (İspaniya) qonağı olacaq. Hər iki görüş 00:00-da başlayacaq.
26 fevral, Çempionlar Liqası, 1/8 final mərhələsi
00:00. "Lion" - "Yuventus"
00:00. "Real" - "Mançester Siti"