17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası UEFA İnkişaf turnirində bu gün növbəti oyununu keçirib.
Axin.az Axin.az-a istinadən xəbər verir ki, Maltanın Ta’Qali şəhərindəki Centenary stadionunda Şotlandiya yığması ilə qarşılaşan futbolçularımız məğlub olub – 0:7.
Komandamız qrupda son oyununu fevralın 26-da, saat 16:30-da Malta futbolçularına qarşı keçirəcək.