axin.az

SON DƏQİQƏ

Azərbaycan triatlonçusu Rostislav Pevtsov ötən ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib olub

16-02-2020, 21:30

Azərbaycan triatlonçusu Rostislav Pevtsov ötən ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib olubAzərbaycan triatlonçusu Rostislav Pevtsov 2019-cu ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Axin.az-a bildirib ki, mükafatlandırma mərasimi Belarusun paytaxtı Minskdə Avropa Triatlon İttifaqının 15-ci konfransına həsr olunmuş qala gecədə keçirilib.

2015-ci il birinci Avropa Oyunlarının bürünc medalçısı, 2016-cı ilin Avropa kubokunun qalibi, dünya kuboklarında iki dəfə nəticələri ilə fərqlənmiş, eyni zamanda, Avropa çempionatının gümüş və bürünc mükafatçısı, Ümumdünya Çimərlik Oyunlarının qalibi olan Rostislav Pevtsov bu mübarizədə digər idmançılar böyük britaniyalı Sem Dikinson və Ben Diykstranı geridə qoymağı bacarıb.

R.Pevtsov jurnalistlərə müsahibəsində Azərbaycan dövlətinə, Avropa Triatlon Federasiyasına minnətdarlığını bildirib və "Tokio-2020" Olimpiya Oyunlarına ciddi hazırlaşdığını və bu qələbənin onun üçün gələcək yarışlara böyük stimul olacağını vurğulayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA