axin.az

SON DƏQİQƏ

"Real" "bomba"nı partladır: Transfer rekordu olacaq

16-02-2020, 18:58

"Real" "bomba"nı partladır: Transfer rekordu olacaq"Real" transfer çalışmalarını sürətləndirib.

Axin.Az "TyC Sports"a istinadən xəbər verir ki, "Kral Klubu" Lautaro Martinesin transferi üçün hərəkətə keçib. Məlumatda bildirilir ki, İspaniya nəhəngi "İnter"in ulduzu üçün 111 milyğon avro təklif edir. Keçid baş tutsa, Martines tarixin ən bahalı argentinalı futbolçusu olacaq.

22 yaşlı futbolçunu "Real"la yanaşı, "Barselona" və "Mançester Yunayted" də istəyir.

Qeyd edək ki, Martines 2018-ci ildə Argentinanın "Rasinq" klubundan "İnter"ə 25 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub. 22 yaşlı forvard cari mövsümdə forma geyindiyi 28 rəsmi oyunda 16 qol vurub və 4 məhsuldar ötürmə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA