axin.az

SON DƏQİQƏ

Elvin Bosniyada ilk oyuna çıxdı - Şəkil

16-02-2020, 18:36

Elvin Bosniyada ilk oyuna çıxdı - ŞəkilAzərbaycanlı futbolçu Elvin Yunuszadə yeni klubu olan Bosniya və Herseqovinanın “Çelik” komandasında ilk oyununa çıxıb.

Axin.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Boratsa”ya qarşı yoxlama görüşündə əsas heyətdə yer alıb. İkinci hissə başlayan kimi isə Elvin də daxil olmaqla bütün 11 oyunçu əvəzlənib. Hazırlıq matçı olmasına baxmayaraq, xeyli azarkeşin izlədiyi matç “Çelik”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Bosniya və Herseqovina çempionatındakı fasilə fevralın 23-də başa çatır. Həmin gün “Çelik” “Zrinski”ni qəbul edəcək.



Elvin Bosniyada ilk oyuna çıxdı - Şəkil


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA