axin.az

SON DƏQİQƏ

Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edir

16-02-2020, 16:14

Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edirBakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edir.

Axin.az xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 30 ölkədən 150 gimnast birincilik uğrunda mübarizə aparır.

Turnirin birinci günündə təsnifat yarışlarında uğurlar çıxış edən gimnastlar bu gün medallar uğrunda mübarizə aparacaqlar.

Əvvəlcə qadın və kişi batutçuların fərdi yarışlarında qaliblərin adına aydınlıq gələcək. Sonra kişi və qadın tamblinqçilər öz aralarında ən güclünü müəyyənləşdirəcəklər. Medallar uğrunda Azərbaycan təmsilçisi Fərid Mustafayev da mübarizə aparacaq. Dünya kubokuna batut gimnastikası üzrə kişi və qadın sinxron cütlüklərin final yarışı ilə yekun vurulacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku da Olimpiadaya təsnifat xarakteri daşıyırdı. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA