axin.az

SON DƏQİQƏ

"Zirə"nin baş məşqçisi: "Qırmızı vərəqə alan futbolçularımıza qarşı tədbir gördük"

14-02-2020, 21:30

"Zirə"nin baş məşqçisi: "Qırmızı vərəqə alan futbolçularımıza qarşı tədbir gördük""Zirə" komandası Azərbaycan Premyer Liqasının XVII turunda evdə "Qarabağ"a qarşı keçirəcəyi oyuna da futbolçu itkiləri ilə çıxacaq.

Qəsəbə təmsilçisinin baş məşqçisi Zaur Həşimovun "Axin.az"a verdiyi məlumata görə, fransalı yarımmüdafiəçi Şafik Tiqruca zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxaq.

Bundan başqa, ötən tur səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları görüşdə qırmızı vərəqə alan İlkin Muradov və Ağabala Ramazanov da komandaya kömək edə bilməyəcək. Həşimov klub daxilində iclasın olduğunu və hər iki oyunçu ilə bağlı lazımi tədbirin görüldüyünü diqqətə çatdırıb.

Zədəsini sağaldan Orxan Sadıqlı isə sıraya dönüb.

Qeyd edək ki, fevralın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA