axin.az

SON DƏQİQƏ

"Neftçi"nin yarımmüdafiəçisi: "Bordinə sual verir, amma cavab ala bilmirdim"

14-02-2020, 19:17

"Neftçi"nin yarımmüdafiəçisi: "Bordinə sual verir, amma cavab ala bilmirdim""Ötən tur "Qarabağ"la oyun çox çətin oldu. Matç qolsuz yekunlaşdı və bir xal qazandıq. Düşünürəm ki, yaxşı nəticədir. Buna baxmayaraq bizə qələbə daha vacib idi. Çünki rəqiblə aramızdakı xal fərqi çempionluqdan əlimizi üzmək anlamında elə də böyük deyil".

Bu fikirləri "Axin.az"a açıqlamasında "Neftçi"nin futbolçusu Rəhman Hacıyev deyib. 27 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XVII turunda qarşılaşacaqları "Keşlə" ilə oyuna da toxunub. Hacıyev rəqibin yaxşı komanda olduğunu, lakin "Neftçi"nin qələbə qazanacağına inandığını sözlərinə əlavə edib: "Biz ikinci yer üçün yox, çempionluq uğrunda mübarizə aparırıq. İkinci və ya üçüncü yerdən ötrü meydana çıxmırıq. Fikrimiz çempionluqdur. Qarşıda çoxlu matç var. Hələ çempionluğu dəqiqləşdirmək olmaz. Bu, futboldur. Hər oyuna çox ciddi hazırlaşır və hamısına da 3 xal üçün çıxırıq".

Orta sahə oyunçusu yeni baş məşqçi Füzuli Məmmədovun komandaya gəlişindən sonra bir sıra dəyişikliklərin olduğunu diqqətə çatdırıb: "Baş məşqçi kimi az müddətdir birgə olduğumuzdan, onun tapşırıqlarını yerinə yetirmək çox çətindir. Bizə bir qədər vaxt lazımdır. Zamanla düzələcəyinə inanıram. Hazırda elə bir vəziyyətdir ki, vaxtımız da yoxdur. Hər bir matç çox vacibdir. Bütün qarşılaşmalar komandamız üçün 3 xal deməkdir. Matçlara bu fikirlə çıxırıq".

Hacıyev sabiq baş məşqçi Roberto Bordinin ona az şans verməsinin səbəbini bilmədiyini də söyləyib: "Bordinin vaxtında az meydanda olurdum və səbəbini də bilmirdim. Çünki bu, onun qərarı idi, mən də hörmətlə yanaşırdım. Amma niyə oynamadığım barədə məlumatım yox idi. Bəzən bununla bağlı sual verir, cavabını ala bilmirdim. Füzülü Məmmədovun rəhbərliyi altında iki matça çıxmışıq. Həmin görüşlərdə mənə az şans verib. Amma şansımı gözləyirəm. Şans verilsə, onu dəyərləndirəcək, sonra isə haqqımı tələb edəcəyəm".

Hacıyev qış transfer dönəmində ona təkliflər olduğunu etiraf edib: "Təkliflər həmişə olur. Azərbaycandan və ölkə xaricindən də təkliflər oldu. Hazırda da təklifim var. Amma buna baxmayaraq, "Neftçi"nin futbolçusuyam və müqavilə ilə bu kluba məxsusam. Getməyi belə düşünmürəm. Çünki getmək istəsəm, danışaram və qarşılıqlı şəkildə müqaviləni pozub ayrılaram. Amma o fikirdə deyiləm. "Neftçi"də qalıb, daha yaxşı nəticə qazanmaq, oyun göstərmək və komandaya xeyir vermək niyyətindəyəm".

Qeyd edək ki, fevralın 16-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Keşlə" matçı saat 19:00-da başlayacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA